Kraliçanın dəfn olunacağı tarix AÇIQLANDI

Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi sentyabrın 19-da Vestminster abbatlığında keçiriləcək.

Olaylar.az xəbər verir ki, bu barədə Bukinqem sarayının Tviter səhifəsində məlumat verilib.

Qeyd edək ki, II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Kraliçanın böyük oğlu Böyük Britaniyanın yeni kralı elan edilib. 

III Çarlzın noyabrda 74 yaşı tamam olur və Britaniya taxtına çıxan ən yaşlı varisdir.

qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31