Finlandiya ruslarla bağlı yayılan məlumatları təkzib etdi

Olaylar.az xəbər verir ki, Finlandiyanın Moskvadakı səfirliyi rusiyalı turistlərin Avropa İttifaqına girişinə qadağa qoyulması ilə bağlı xəbərləri təkzib edib. Bu barədə TASS məlumat yayıb .

Bundan əvvəl media Avropanın daxili işlər üzrə komissarı Ylva Yohanssona istinadən xəbər vermişdi ki, sentyabrın 12-dən etibarən Rusiyadan Avropa İttifaqının ərazisinə giriş yalnız ailə və humanitar səbəblərə görə ruslara, eləcə də jurnalistlərə veriləcək.

"Bu məlumat yanlışdır. Söhbət vizanın sadələşdirilməsi sazişinin dondurulmasından gedir, nəinki turizmə tam qadağa və ya ölkəyə girişin ləğvindən deyil", - Finlandiya səfirliyi vurğulayıb.

Bundan əvvəl Polşanın Şengen vizası ilə rusların ölkəyə girişini qadağan etdiyi məlum olub . Polşa hökumətinin bəyanatında deyilir ki, ölkə Rusiya vətəndaşlarının öz ərazisinə daxil olmaması qərarında Latviya, Litva və Estoniyaya qoşulmağa razılaşıb.

Sentyabrın 7-də Latviyanın xarici işlər naziri Edqars Rinkeviç bildirib ki, Şengen vizası olan Rusiya vətəndaşlarının Baltikyanı ölkələrin sərhədlərini keçməsinə qoyulan qadağa yaxın on gün ərzində qüvvəyə minəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31