Balina qayığı aşırdı-5 nəfər həyatını itirdi

Olaylar.az xəbər verir ki, Yeni Zelandiyada 11 nəfərin olduğu qayıq aşıb. 6 nəfər xilas edilib, 5 nəfər ölüb. "The Guardian" yerli polisə istinadən xəbər verir ki, hadisənin balina ucbatından baş verdiyi ehtimal edilir .

2022-ci il sentyabrın 11-də səhər tezdən, Kaikoura şəhəri yaxınlığındakı Qaz körfəzində 11 nəfər 8,5 metrlik qayıq yola düşüb. Bir anda gəmi batıb və insanların suya düşməsinə səbəb olub. 6 nəfər xilas edilib, 5 nəfərin cəsədi dalğıclar tərəfindən aşkar edilib.

Çox güman ki, qayıq balina ilə toqquşması nəticəsində aşıb, lakin dəqiq səbəblər hələ müəyyən edilməyib. Ərazidə sperma balinalarına rast gəlinir və donqar balinalar tez-tez üzərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31