Türkiyədə avtobus qəzasında 42 nəfər yaralandı - FOTO

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, İstanbulun Avcılar Şükrübey dayanacağı yaxınlığında baş verən qəzada 4 avtobus toqquşub.

İstanbul valisi Əli Yerlikaya qəzada 42 nəfərin yaralandığını açıqlayıb.

Qəza səbəbilə hadisə yerinə çoxlu sayda qruplar sövq edilib.

Hadisə yerində xilasetmə işləri davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31