“Baykar” şirkətinin rəhbəri Vladimir Zelenski ilə görüşüb

Türkiyənin "Baykar" şirkətinin rəhbəri Haluk Bayraqdar Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Olaylar.az xəbər verir ki, görüşdə Ukraynada yeni zavodun tikintisinin detalları və bir sıra birgə layihələr müzakirə olunub.

Eyni zamanda, Zelenski Haluk Bayraqdara Ukraynanın 1-ci dərəcəli "Xidmətə görə" ordenini təqdim edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31