Gürcüstanda 1,8 milyon il əvvələ aid qədim insan dişi tapıldı
9 Sentyabr 2022 15:27 DünyaGürcüstanın cənubundakı Dmanisi rayonunun Orozmani kəndi yaxınlığında aparılan qazıntılar zamanı bir qrup arxeoloq daş alətlər, həmçinin yaşı 1,8 milyon il olan qədim insan dişi aşkar edib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Dmanisi bələdiyyəsi meriyasının yaydığı məlumatda deyilir.
Orozmanidəki kəşf sübut edir ki, bu ərazi Afrika qitəsindən kənarda qədim insanın ən qədim yaşayış yeri olub.
Qeyd edək ki, bu ərazidəki qazıntılar 2021-ci ildə də aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31