"Bitcoin"in məzənnəsi gündə 7% artıb
9 Sentyabr 2022 15:08 DünyaBitkoinİN qiyməti maksimuma qalxaraq 20,7 min dollara yüksəlib.
Olaylar.az xəbər verir ki, Binance kriptovalyuta birjasının məlumatına görə, o, son sutka ərzində 7% bahalaşaraq 20,6 min dollardan ticarət edilib.
Dünyanın ilk kriptovalyutası son üç ayda 17,6 min dollardan 25,2 min dollara qədər diapazonda ticarət edilib.
Altkoinlər də bahalaşır. Belə ki, Ethereun-un gündəlik dəyəri 5% artaraq 1,7 min dollar olub, Binance Coin isə 4% artaraq 290 dollara çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31