II Yelizavetanın vəfatı ilə bağlı matəm dəfn mərasimindən sonra yeddi gün davam edəcək
9 Sentyabr 2022 13:50 DünyaBöyük Britaniyada kraliça II Yelizavetanın vəfatı ilə bağlı milli matəm sentyabrın 9-da başlayır və onun dəfnindən 7 gün sonra başa çatacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Bukingem sarayından məlumat verilib.
"Əlahəzrət Kraliçanın vəfatından sonra Əlahəzrət Kral matəm müddətinin Kraliçanın dəfnindən sonra daha yeddi gün davam etməsini arzuladı", - 9 sentyabr tarixli bəyanatda deyilir.
Eyni zamanda qeyd edilir ki, yas mərasiminin vaxtı hələ müəyyən edilməyib və müvafiq qərar hələ veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31