Ukrayna Rusiyadan 300 milyard dollar təzminat almaq istəyir
9 Sentyabr 2022 13:09 DünyaUkrayna Rusiyadan azı 300 milyard dollar reparasiya (təzminat) almaq niyyətindədir.
Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malüska Almaniyanın "Funke" mediaqrupunun nəşrlərinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Kiyev BMT Baş Assambleyasında gələcəkdə zərərin ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasının əsas götürülməli olduğu qətnamənin qəbuluna nail olmaq niyyətindədir:
"Biz Rusiyanın aqressiv müharibəsi ilə Ukraynaya vurduğu bütün ziyana görə təzminat almaq istəyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31