Putin Tacikistan prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Rusiya prezidenti Vladimir Putin Tacikistanın rəhbəri Emoməli Rəhmonu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya liderinin teleqram hesabında qeyd olunub.
Təbrikdə qeyd olunur ki, Tacikistan regional və beynəlxalq məsələlərdə mühüm rol oynayır, həmçinin iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlar əldə edib.
Putin iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda dinamik inkişafına da diqqət çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31