İranda deputatları daşıyan helikopter təcili eniş etdi

İranda deputatları daşıyan helikopter təcili eniş edib.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu gün İranın şimal-şərqindəki sərhəd məntəqələrinə səfər edən ölkə parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvlərini daşıyan helikopter texniki nasazlıq səbəbindən təcili eniş edib.

Helikopter İran və Türkmənistan sərhədində Rəzəvi Xorasan əyalətinin Dərgəz bölgəsinə təcili eniş edib.

Deputatların xəsarət almadığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31