Rusiyaya Ukrayna və Donbassdan 4 milyondan çox qaçqın gəlib

Fevraldan bəri Donbass və Ukrayna ərazilərindən Rusiyaya 4 milyondan çox qaçqın gəlib. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Fevral ayından bu yana 4 milyondan çox qaçqın Rusiya Federasiyası ilə sərhədi keçib, onlardan 628 mini uşaqdır", - məlumatda qeyd edilib.
Sentyabrın 2-də Rusiyanın baş naziri Mixail Mişustin bəyan edib ki, ölkə hökuməti təcili olaraq Rusiyaya gedən Luqansk və Donetsk Xalq Respublikaları (LDNR), eləcə də Ukrayna vətəndaşlarına sosial ödənişlər üçün sənədlər paketi hazırlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31