Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
9 Sentyabr 2022 10:40 Dünya"Son sutkada Ukraynada Rusiya ordusunun 660 hərbçisi məhv edilib".
Olaylar/az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 51 900-ə çatıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 122 tank, 4 575 zirehli döyüş maşını, 1 237 artilleriya sistemi, 306 reaktiv yaylım atəşi sistemi, 159 hava hücumundan müdafiə sistemi, 239 təyyarə, 211 helikopter, 888 PUA, 214 qanadlı raket, 15 gəmi, 3 399 avtomobil texnikası və avtosistern, 114 xüsusi texnikadan ibarətdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31