"Təxribatlar Kabillə konstruktiv dialoqumuza təsir etməyəcək" - Zaxarova
8 Sentyabr 2022 23:20 DünyaRusiya Kabildə baş verən partlayışın Əfqanıstanla dialoqa təsir etməyəcəyini açıqlayıb.
Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıb.
Mariya Zaxarova Rusiya ilə Əfqanıstan arasında münasibətləri pozmaq istəyənlərin olduğunu bildirərək, "Bədxahlar nə qədər çalışsalar da, təxribatlar Kabillə konstruktiv dialoqumuza təsir etməyəcək" deyib.
Qeyd edək ki, Sentyabrın 5-də Rusiyanın Kabildəki səfirliyinin qarşısında partlayış baş verib. Taliban administrasiyasının Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran hücum nəticəsində 4 mülki şəxsin və səfirliyin əməkdaşları olan 2 Rusiya vətəndaşının həyatını itirdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31