Riker regiona ilk səfərində qondarma “soyqırımı” abidəsinə gül qoyursa...

"ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi  Filip Rikerin regiona səfəri başlayıb. Rikerin səfərinin siyasi məqsədləri ayrı mövzudur, diqqət çəkən məqamlardan biri isə ilk dayanacağı Ermənistan olan yeni baş məsləhətçinin İrəvanda qondarma "erməni soyqırımı" memorialını ziyarət etməsidir". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə,  Baydenin "soyqırımı" ifadəsini dilə gətirməsindən sonra bu təəccüblü deyil: "Amma Riker regiona ilk səfərində qondarma "soyqırımı" abidəsinə gül qoyursa, Bakıya gələndə də Şəhidlər Xiyabanını ziyarət etməlidir. İstəməsə belə, protokola daxil etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31