Ailəsinə yük olmaq istəməyən yaşlı qadın özünü çaya ataraq intihara cəhd edib
8 Sentyabr 2022 16:02 DünyaTaylandın Ayutthaya şəhərində Çao Phraya çayının sahilindəki kənddə itkin düşdüyü güman edilən 81 yaşlı qadın yaşadığı ərazidən təxminən 20 kilometr aralıda çayda tapılıb.
Yaşlı qadın ilk ifadəsində intihar məqsədilə çaya atıldığını, lakin boğulmadığını bildirib. Səhhətindəki problemlərə görə ailəsinə yük olmaq istəmədiyini və buna görə də intihara cəhd etdiyini bildirən qadın, güclü dalğalar səbəbindən çay boyu sürükləndiyini bildirib.
Daha sonra çayda balıqçı torlarına ilişən yaşlı qadın balıqçılar tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb.
Səhhətinin yaxşı olduğu bildirilən qadın ailəsi tərəfindən evinə aparılıb. Onu götürməyə gələn qızı çay kənarında yaşadıqlarını və anasının səhhətində problem olduğu üçün əvvəllər də intihar planından danışdığını, onun itdiyini biləndə əvvəlcə çaya baxdıqlarını bildirib.