Dünyanın sonu gəlsə, hamı ora qaçacaq: yaşayış üçün əlverişli planet tapıldı
8 Sentyabr 2022 16:55 DünyaAlimlər çox mühüm bir kəşfə imza ataraq Yerdən sonra yeni yaşayış üçün əlverişli planet tapıblar.
Kosmos sonsuz bir boşluqdur və biz onun yalnız kiçik bir hissəsini əhatə edirik. Xüsusilə öz qalaktikamızın xaricindəki göy cisimləri bizim üçün böyük bir naməlumdur. Bu bilinməyənləri araşdırmağa davam edərkən, dünyamıza alternativ ola biləcək planetlərin axtarışı da davam edir.
Bu cür araşdırmaları davam etdirən NASA, həmçinin qalaktikamızdan kənarda olan planetləri araşdırmaq üçün bir departament yaradıb. NASA-nın ekzoplanetlər bölməsi Yerə bənzər digər planetlər üçün araşdırmalarını davam etdirir. Mövzu ilə bağlı araşdırmalar aparan professor Amary Triaud beynəlxalq astronomlardan ibarət bir qrupla birlikdə mülayim iqlimə malik iki planetin təsbit edildiyini açıqlayıb.
Yerdən təxminən 100 işıq ili uzaqlıqda yerləşən bu planet cütü Spekuloos-2 adlı ulduzun ətrafında fırlanır. Bu ulduz öz adını Search for Habitable Planets Eclipsing Ultra-cool Stars adlı teleskopdan götürüb. Bu teleskop uzaq ulduzlarda yaşayış zonalarını axtarmaq üçün istifadə olunur.
Müəyyən təhlillərdən sonra tədqiqatçılar müəyyən ediblər ki, LP 890-9b adlanan dünya Yerdən təxminən 30 faiz böyükdür və hər 2,7 gündən bir ulduzu ətrafında orbitini tamamlayır.
LP 890-9c adlı digər planet isə bir az daha müəmmalıdır. Bu planetin bəzi sınaqlardan sonra Yerdən təxminən 40 faiz böyük olduğu müəyyən edilib. LP 890-9c orbital dövrünü təxminən 8,5 günə tamamlayır.
Tədqiqatçılar hər iki planetin yaşayış üçün yararlı olduğunu düşünürlər. Planetlərin ətrafında fırlandığı ulduzun nə çox isti, nə də çox soyuq olduğunu bildirən tədqiqatçılar bunun ən böyük həyat mənbəyi olan su üçün çox əhəmiyyətli olduğunu bildirirlər.