Dişinə görə müalicə alan uşaq vəfat etdi
8 Sentyabr 2022 14:04 DünyaDişindən müalicə alan 11 yaşlı uşaq komaya düşdükdən sonra ölüb.
Hadisə Rusiyanın Altay diyarında baş verib.
Altay diyarının Smolensk vilayətində 11 yaşlı uşaq yerli stomatoloji klinikada dişi müalicə olunduqdan sonra ölüb. Bu barədə "Naş Biysk" qəzeti rayon xəstəxanasındakı mənbəyə istinadən xəbər verir.
Nəşrin həmsöhbətinin sözlərinə görə, stomatoloqun müalicəsindən sonra uşağın yüksək hərarəti olub, ayağı iflic olub, bədənində mavi-bənövşəyi ləkələr əmələ gəlib.
Uşaq ağır xəstələnəndə valideynləri rayon xəstəxanasına müraciət ediblər. Xəstəxanaya aparılan uşaq reanimasiyaya yerləşdirilib və o, komaya düşüb. Uşağın ölümünün dəqiq səbəbi hələlik məlum deyil.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31