Ona hücum edən kobranı dişlədi

Hindistanın Odişa (Orissa) ştatında bir kişi onu sancmış və kürəyini dişləyən kobradan qisas almaq qərarına gəlib.

Olaylar.az bildirir ki, Salim Xan düyü tarlasında işləyərkən zəhərli kobranın hücumuna məruz qalıb. Hindli həkimə müraciət etmək əvəzinə sürünəni tutub və dişləyib. Sonra da ölü ilanı boynuna asıb.

Bundan sonra kişi doğma kəndinə gəlib və boynunda sürünənlə küçələri gəzməyə başlayıb. Təəccüblənən sakinlərə ilandan qisasını aldığını söyləyib.

Hadisədən sonra hindistanlının özünü yaxşı hiss etdiyi iddia edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31