11 limandan uçuş qadağan edildi- ÖZƏL
8 Sentyabr 2022 15:54 DünyaRusiya Hava Nəqliyyatı Agentliyi bir çox hava limanından uçuş qadağası ilə bağlı məlumat yayıb. Hazırda Rusiyanın cənub və mərkəzi hissələrində 11 hava limanı mülki aviasiya uçuşları üçün əlçatmaz olmağa davam edir. Qadağa Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına şamil edilir. Hökümət vətəndaşlara digər hava limanları ilə bağlı xəbərləri rəsmi saytdan izləmələrini tövsiyə edib. Qadağaların 16 sentyabra qədər davam edəcəyi gözlənilir.
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31