"Avropa Birliyindən (AB) 3 milyard avro yardım gözləyirik" - Ukrayna Baş naziri

Ukrayna hökuməti ilin sonuna kimi Avropa Birliyindən (AB) 3 milyard avro gözləyir.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal hökumətin iclasında çıxışı zamanı deyib.

"Bu gün Avrokomissiya 5 milyard avronun ayrılacağını elan etdi. İlin sonuna 3 milyard avro gözləyirik. Çevik və vaxtında verilmiş qərara görə, Avrokomissiyanın prezidenti Ursula fon der Leyenə təşəkkür edirəm", - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31