Türkiyədə meşə yanğını - FOTO
7 Sentyabr 2022 23:31 DünyaTürkiyənin Mersin şəhərinin Gülnar rayonunda meşə yanğını baş verib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın yaşayış sahəsinə yaxınlaşıb.
Hazırda meşə yanğını havadan və qurudan müdaxilə ilə nəzarət altına alınmağa çalışılır.
Rayonda 450 nəfərin təxliyə edildiyi bildirilib. Yanğın zamanı xəsarət alan 9 nəfərdən 7-nin xəstəxanalardan birində müalicəsi davam edir.
AFAD-dan verilən açıqlamaya görə, yanğının söndürülməsinə 5 təyyarə, 18 helikopter, 49 su gəmisi və 500 canlı qüvvə cəlb olunub.
Quru Qoşunlarına məxsus 3 ədəd S-70 (Sikorski), 5 ədəd AS-532 və 1 ədəd ÇH-47 (Çinuk) tipli helikopterlər yanğına havadan müdaxilə edir.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31