Rusiyadan qaz tədarükü 48% azaldılıb

Bu ilin əvvəlindən Avropa İttifaqı ölkələri Rusiyadan qaz tədarükünü 48% azaldıb.

Olaylar.az bildirir ki, bu barədə "Qazprom" məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu siyahıya Böyük Britaniyanıda əlavə etsək rəq 49% təşkil edir.

Qeyd edək ki, "Qazprom" şirkəti bu ilin yanvar-avqust aylarında 288,1 milyard kubmetr qaz hasil edib.

Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 14,6 % azalma deməkdir.

apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31