Ərdoğan: İlham Əliyev təklif etdi ki... - Tam təchizatla gəliblər
“196 yanğın ocağı söndürülüb. 12 məntəqədə yanğın davam edir”
6 Avqust 2021 19:43 Dünya"196 yanğın ocağı söndürülüb. 12 məntəqədə yanğın davam edir".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib:
"Meşə yanğınları ilə bağlı bütün imkanlarımızı səfərbər etmişik. Qurudan və havadan müdaxilə edən texnikaların sayı sürətlə artıb. Bu məsələdə xüsusilə Azərbaycanın rolunu qeyd etmək istəyirəm. Bura gəlməzdən əvvəl İlham Əliyev qardaşımla telefonda danışdım. Azərbaycan bütün təchizatlarla təmin olunmuş 600 təcrübəli yanğınsöndürən göndərib. Daha 100 yanğınsöndürən göndərməyi təklif etdi. Mən də yaxşı olar dedim. Böyük ehtimalla bu gün gələcəklər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31