Putindən ruslara koronavirusun ikinci dalğası barədə xəbərdarlıq
23 May 2020 04:54 DünyaRusiya Prezidenti Vladimir Putin ölkədəki sanitar-epidemioloji vəziyyətə dair iclasda koronavirusla bağlı vəziyyətin təkrarlana biləcəyi barədə xəbərdarlıq edib.
MK xəbər verir ki, Rusiya dövlət başçısı ölkədə koronavirusa yoluxmanın növbəti dalğasının mümkünlüyünü deyib.
O qeyd edib ki, mütəxəssislərin fikrincə, bu, 2020-ci ilin oktyabrından noyabrına qədər ola bilər:
"Biz bu halı nəzərdə tutmalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31