Putin Köçəryanın xanımı ilə - Səfirlikdə gizli görüş

Putin Köçəryanın xanımı ilə - Səfirlikdə gizli görüş

Rusiya Prezidenti Vladimir Putin dünən Ermənistana səfəri çərçivəsində həbsdə olan keçmiş həmkarı Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryanla görüşüb.

Olaylar.az xəbər verir ki, görüş dünən baş tutsa da, bu haqda məlumat bu gün yayılıb.

Məlumata görə, görüş Rusiyanın Ermənistandakı səfirliyində keçirilib. Vladimir Putin və Bella Köçəryan bir fincan çay üzərində uzun söhbət ediblər.

Onların söhbətinin əsas mövzusu Robert Köçəryanın həbsi ətrafındakı vəziyyət, Ermənistan hakimiyyətinin bu məsələdə iştirakı olub.

Görüş haqda bundan başqa məlumat verilməyib.

Əlavə edək ki, Rusiya prezidenti dünən Avrasiya İttifaqının dövlət başçılarının iclasında iştirak etmək üçün İrəvana gəlmişdi.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31