Antarktidadan son 50 il ərzində ən böyük aysberq ayrılıb
Antarktidadan son 50 il ərzində ən böyük aysberq ayrılıb
1 Oktyabr 2019 15:40 DünyaŞərqi Antarktidada Eymeri şelf buzlağından 315 milyard ton ağırlığında aysberq ayrılıb.
Olaylar.az bildirir ki, bu barədə BBC məlumat verib.
D28 aysberqi sahəsinə görə (1,6 min kvadrat kilometr) yalnız Şotlandiyanın Skay adasından geri qalır.
Təqribən 201 metr qalınlıqda olan bu aysberqi indi diqqətlə izləyəcəklər. Çünki belə nəhəng buz massivi okeanda üzən gəmilərə potensial təhlükə ola bilər.
Eymeri Antarktikada böyüklüyünə görə üçüncü buz şelfidir. Onun sahəsi 40 min kvadrat kilometrə yaxındır.
Külək və axın D28 aysberqini qərbə aparacaq. Bu aysberqin hissələrə parçalanması və tamamilə əriməsi üçün bir neçə il tələb olunur.
ABŞ-ın Skripps Elmi-Tədqiqat İnstitutundan olan professor Helen Friker qeyd edib ki, buzlaqdan qopan aysberqin əmələ gəlməsinin qlobal istiləşmə ilə heç bir əlaqəsi yoxdur.