Ruhaninin qardaşı 5 illik həbs olundu

Ruhaninin qardaşı 5 illik həbs olundu

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firidun haqqında həbs qətimkan tədbiri seçilib.

Olaylar.az Publika.az-a istinadən xəbər verir ki, bir müddət İran prezidentinin məsləhətçisi kimi fəaliyyət göstərən Hüseyn Firidun vəzifəsindən sui-istifadə, rüşvət və haqsız şəkildə bir banka müdir təyin olunmasında təqsirləndirilib və 5 illik həbs cəzasına məhkum edilib.

Fars Xəbər Agentliyinin informasiyasına görə, Baş Prokurorluğun mətbuat katibi Qulam Hüseyni İsmaili mətbuat konfransında Hüseynin 7 illik həbs cəzasının 5 ilə endirildiyini açıqlayıb.

Ruhaninin yaxın ətrafı həbs qərarının siyasi olduğunu iddia edir.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani 1979-cu il İslam İnqilabından öncə Firidun olan soyadını din adamı anlamına gələn "Ruhani"yə dəyişdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31