Əfqanıstanda seçki başa çatdı, amma hər namizəd “mən qazandım” deyir
Əfqanıstanda seçki başa çatdı, amma hər namizəd “mən qazandım” deyir
1 Oktyabr 2019 15:15 DünyaƏfqanıstan prezidenti seçkisi başa çatıb, lakin rəsmi nəticələri 3 həftə sonra açıqlanması gözlənilən seçkinin bəzi namizədləri qalibin özləri olduğunu iddia edir.
Olaylar.az xəbər verir ki, populyar namizədlərdən biri İcra Komitəsinin sədri Abdulla Abdulla Kabildə keçirdiyi mətbuat konfransında aldığı məlumatlar əsasında böyük fərqlə qalib gəldiyini açıqlayıb.
Seçkinin qəti nəticəsinin Müstəqil Seçki Komissiyası tərəfindən açıqlanacağını qeyd edən Abdulla ikinci tura getməyə ehtiyac olmadığını bildirib. O, həyatlarına təhlükənin olmasına rəğmən seçkiyə gedən xalqın səsinə sahib çıxacaqlarını bildirib.
Digər tərəfdən mövcud prezident və namizəd Əşrəf Qəninin müavini Əmrullah Saleh bütün namizədlərin xalqın iradəsinə hörmət etməli olduğunu deyərək, Qəninin irəlidə olduğunu iddia edib.
Seçkinin digər iddialı namizədi, sabiq baş nazir Gülbəddin Hikmətyar seçkidə saxtakarlıq edildiyini, vəziyyətində qəbul edilməz olduğunu açıqlayıb.
Səslər tam sayılmasa da, seçkidə iştirak edən seçicilərin sayının 2 milyondan çox olduğu bildirilir. "Taliban"ın nəzarət etdiyi yerlərdə seçki keçirilməyib.
Avropa.info