Tanınmış jurnalist erkən yaşda öldü - 6 dil bilirdi - FOTO

Tanınmış jurnalist erkən yaşda öldü - 6 dil bilirdi - FOTO

Tanınmış jurnalist erkən yaşda vəfat edib.

Olaylar.az  xəbər verir ki, BBC-nin tanınmış müxbiri Hanna Yusif 27 yaşında dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmır. Ailəsi onun ölümündən şoka düşdüklərini söyləyib. Onlar bildirib ki, Hannanın ölümü çox erkən və ani olub.

Britaniyada yaşayan müsəlman əsilli Hanna 2017-ci ildən BBC-də işləyib. O, hicabla bağlı məqaləsindən sonra daha çox tanınmağa başlayıb.

Hannanın sonuncu məqaləsi "Costa Coffee" şirkətində işçilərin şəraiti barədə olub.

Qeyd edək ki, Hanna 6 dil bilib. Somalidə doğulan Hanna Britaniyaya köçməzdən əvvəl Niderlandda yaşayıb.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31