Batumidə müsəlmanlara qarşı ayrı-seçkilik

Batumidə müsəlmanlara qarşı ayrı-seçkilik

Batumi şəhər məhkəməsi meriyanın yerlı müsəlmanlara qarşı ayrı-seçkilik etməsi faktını təsdiqləyib.

Bununla məhkəmə müsəlman icmasının yerli icra orqanlarına qarşı vəsatətini təmin edib.

Məhkəmə şəhər rəhbərliyinin yeni məscidin tikilməsinə qoyduğu qadağanı qanunsuz hesab edib.

Hakim bildirib ki, məscidin tikiləcəyi ərazidə artıq 7 pravoslav kilsəsi mövcuddur və onların tikilməsinə heç bir qadağa qoyulmayıb. Beləliklə də, burada məscidin tikilməsinə heç bir maneə yoxdur.

Məhkəmənin qərarına əsasən, Batumi meriyası məscidin tikilməsi üçün verilən ərizəyə yenidən baxmalıdır.

Qeyd edək ki, Batumidə bircə məscid var ki, o da bütün dindarları eyni vaxtda qəbul edə bilmir. Müsəlman icmasının yeni məscidin tikilməsi üçün verdiyi ərizəni meriya rədd etmişdi və səbəb kimi həmin ərazidə tikililərin sıxlığı göstərilmişdi.

Virtualaz.org

"Mavi balina" oynayan gənc və anası intihar etdi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31