Avropa bu ölkədən sərt islahatlar tələb etdi
Avropa bu ölkədən sərt islahatlar tələb etdi
1 Oktyabr 2019 11:36 DünyaAvropa Birliyi Moldovaya maliyyə yardımını ciddi şəkildə artırmağa razıdır, amma bunun üçün respublika gərək sərt islahatların keçirilməsinə razılıq versin.
Olaylar.az xəbər verir ki, bu məlumat Brüsseldə keçirilən Avropa Birliyi Şurası Assosasiyası-Moldova görüşündən sonra yayımlanan bəyanatda yer alıb. Bəyanatda AB-nin maliyyə vəsaitlərini almaq üçün Kişinyovun xüsusilə yerli dövlət idarəçiliyi və məhkəmə sistemində reformlar keçirməli olduğu qeyd edilib.
Qeyd edək ki, AB Moldovaya maliyyə yardımını 2018-ci ilin noyabrında dayandırmışdı. Buna səbəb ölkə məhkəmələrinin Kişinyov meri vəzifəsinə keçirilən seçkidə müxalif namizəd Andrey Nestasenin qələbəsini tanımaqdan imtina etməsi idi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31