17 il mağarada yaşadı, kimsəylə danışmadı – Həbsxanadan qaçış

17 il mağarada yaşadı, kimsəylə danışmadı – Həbsxanadan qaçış

Çində 17 il əvvəl həbsxanadan qaçan Sonq Xianq adlı şəxs yaşadığı mağarada yenidən ələ keçib.

Olaylar.az  xəbər verir ki, polis illərdir axtarılan 63 yaşlı şəxsin yerini Pilotsuz Uçan Aparat (PUA) vasitəsilə təsbit edib.

Sonqun 17 ildir kimsəylə əlaqə saxlamadan yaşadığı aşkar olunub.

63 yaşlı Sonq Xianq qadın və uşaq ticarəti ittihamı ilə həbs olunsa da, 2002-ci ildə həbsxanadan qaçmağı bacarmışdı.

Sentyabrın əvvəllərində Sonqun harada saxlanılmasına dair ip ucları görünməyə başladı. Bu ip ucları polisi Sonqun doğulduğu yerə - Yünnan əyalətinin ətrafındakı dağlara yönəltdi. Bölgədə araşdırma aparan polis onu bir mağaranın içində tapdı.

Sonq o qədər insanlardan ayrı qalmışdı ki, polislərlə danışmaqda çətinlik çəkirdi. Çin mediası yazır ki, Sonq suyu plastik şüşələrlə yaxınlıqdakı çaydan götürür və ağac budaqlarını yandıraraq isinirdi.

17 ildir hündürlüyü iki metr olan mağarada yaşayan 63 yaşlı şəxs yenidən həbsxanaya göndərilib.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31