Avstriyada növbədənkənar seçki başladı
Avstriyada növbədənkənar seçki başladı
29 Sentyabr 2019 11:08 DünyaAvstriyada növbədənkənar parlament seçkisi start götürüb.
Olaylar.az xəbər verir ki, artıq ölkənin bəzi seçki məntəqələri fəaliyyətə başlayıb, digərlərinin yerli vaxtla 10:00-da açılması nəzərdə tutulub. Səsvermənin bütün ölkə ərazisində 17:00-a qədər bitməsi planlaşdırılıb.
Seçkidə əsas üstünlüyün yenidən Sebastyan Kurtsun rəhbərlik etdiyi Avstriya Xalq Partiyasının əldə edəcəyi proqnozlaşdırılıb. Ondan sonrakı yerlərdə isə sosial demokratların, Avstriya Azadlıq Partiyası, Yaşıllar və sağ liberallar olan NEOS-un qərarlaşacağı ehtimalı var.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31