Limanda partlayış və yanğın – 9 nəfər xəsarət aldı
Limanda partlayış və yanğın – 9 nəfər xəsarət aldı
28 Sentyabr 2019 17:46 DünyaCənubi Koreyanın Ulsan limanında bir yük gəmisində partlayış və yanğın nəticəsində ən azı doqquz nəfər xəsarət alıb. Onlardan birinin xəsarəti ciddidir.
Olaylar.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Rönhap" agentliyi yerli hakimiyyət orqanlarına istinadla xəbər yayıb.
Ekipaj üzvləri arasında Rusiya və Filippin vətəndaşları da olub.
Hadisə Kayman adalarının bayrağı altında üzən, neft məhsulları daşıyan gəmidə baş verib. Gəmidə 25 ekipaj üzvü olub. Yanğın içərisində 21 nəfərin olduğu qonşuluqdakı yük gəmisinə də keçib. İkinci gəminin bütün ekipaj üzvlərinin təxliyə edildiyi qeyd olunur.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31