Türkiyənin ilk dəfə üzə çıxardığı silahlar qonşularını QORXUYA SALDI
Türkiyənin ilk dəfə üzə çıxardığı silahlar qonşularını QORXUYA SALDI
28 Sentyabr 2019 15:45 DünyaTürkiyənin dənizdən göndərilən ilk raketi "Atmaca"nın sınaq uçuşlarının uğurla tamamlanması Yunanıstanı qorxuya salıb.
Yunan mətbuatı raketin onlar üçün ciddi təhlükə olduğunu yazıb.
Mətbuatda "Türk gəmi əleyhinə raketlərin ilk sınaqları uğurlu oldu. Yunan donanması üçün təhlükə" başlıqları ilə xəbərlər dərc edilib.
Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı MİLGEM platformalarında yerləşdirilməsi üçün gəmidən gəmiyə kəşfiyyat raketi layihəsi həyata keçirir. Bu raketlər ROKETSAN, onun atış nəzarət sistemləri və digər təchizatları isə ASELSAN tərəfindən yerli olaraq istehsal edilib. (publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31