Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi istefa verib
Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi istefa verib
27 Sentyabr 2019 17:57 DünyaUkrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oleksandr Danylyuk istefası ilə bağlı prezidentə müraciət edib.
Bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.
Məlumatda bildirilir ki, Prezident Vladimir Zelenski ABŞ-a səfərə getməzdən öncə O.Danylyuk istefası ilə bağlı müraciət edib. İstefa addımı ilə bağlı heç bir səbəb göstərməyən Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Prezident Zelenskinin qərarı açıqlanana qədər vəzifəsində qalacaq.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31