İtaliyada mitinqlər başladı - Bu dəfə şagirdlər etiraz edir
İtaliyada mitinqlər başladı - Bu dəfə şagirdlər etiraz edir
27 Sentyabr 2019 17:49 Dünyaİtaliyanın 160 şəhərində isveçli gənc fəal Qreta Tunberqə dəstək olaraq kütləvi aksiyalar keçirilir.
Aksiyalara şagirdlər qatılıb.
Ən iri aksiyalar Roma, Milan və Turində keçir. Ümumilikdə etirazlara bir milyondan çox məktəbli qatılıb.
"Gələcək naminə cümə" adı verilən aksiyalar İtaliyadan başqa, daha 27 ölkədə keçir.
Təbiət mühafizəçisi olan Qreta Tunberq 2018-ci ilin avqust ayında iqlim dəyişiklikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil başladıb və İsveç Parlamentinin önündə oturaraq dinc aksiya keçirib. Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31