İran ABŞ ilə danışıqlara başlamaq üçün şərtini açıqladı

İran ABŞ ilə danışıqlara başlamaq üçün şərtini açıqladı

Əgər Prezident Donald Tramp İrana tətbiq etdiyi ədalətsiz sanksiyaları aradan qaldırsa və təzyiq siyasətinə son qoysa, onda rəsmi Tehran danışıqlara başlaya bilər.

Olaylar.az  AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.

Prezident bildirib ki, İran xalqına qarşı belə qəddar sanksiyalar heç bir beynəlxalq qanuna və normaya sığmır. İran bu vəziyyətdə danışıqlar apara bilməz. Sanksiyalar aradan qalxsın və məntiq əsas götürülsün.

Xatırladaq ki, Həsən Ruhani BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31