Olimpiya çempionu Rusiyada mer seçilib
Olimpiya çempionu Rusiyada mer seçilib
27 Sentyabr 2019 17:09 DünyaVelosiped idmanı üzrə olimpiya çempionu Olqa Slüsaryova Rusiyanın Tula vilayətinin meri seçilib.
50 yaşlı veteran idmançı bu gün altıncı çağırış Tula Regional Dumasının deputatları tərəfindən bu posta layiq görülüb.
Qeyd edək ki, Tulanın meri vəzifəsini 2012-ci ildən bəri Yevgeni Avilov icra edib. Afina-2004 Yay Olimpiya Oyunlarının qalibi olan Slüsaryova bunadək vilayətin İdman və Gənclər Siyasəti Komitəsinin sədri vəzifəsini tutub. O eyni zamanda beşinci çağırış Tula Regional Dumasının deputatı olub.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31