İranın Kirmanşah əyalətində 4 bal gücündə zəlzələ baş verib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında baş verən zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib. Zəlzələ Kirmanşah əyalətinin Tazeabad və Cavanrud bölgələrində hiss edilib.
Hələlik zəlzələ nəticəsində itki və dağıntıların olub-olmadığı barəda açıqlama verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31