Bolqarıstanda silah fabrikində yanğın baş verib

Bolqarıstanda silah fabrikində yanğın baş verib

Bolqarıstanda silah fabrikinin nəzdindəki trotil sexində yanğın baş verib.

Bu barədə Ruse şəhərinin meri Plamen Stoilov yerli mətbuata deyib.

"İlkin məlumatlara görə, trotil istehsal olunan emalatxanada yanğın meydana gəlib, yanğının daha da yayılması və partlayış təhlükəsi var, buna görə zavodun yaxınlığında yerləşən iki yaşayış məntəqəsinin boşaldılması barədə qərar qəbul edilib", - deyə Stoilov bildirib.

Yanğın aviasiya, artilleriya və mühəndis döyüş sursatları, həmçinin sənayedə istifadə olunan partlayıcı maddələrin istehsalı ilə məşğul olan "Dunarit" silah fabrikində baş verib. Hadisə yerində yanğınsöndürənlər, polis və təcili yardım maşınları var, müəssisənin işçiləri təxliyə edilb, zərərçəkənlər barədə məlumat yoxdur.

apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31