Paşinyan evinin təmirinə 2 milyon dollar ayırıb

Paşinyan evinin təmirinə 2 milyon dollar ayırıb

Nikol Paşinyanın ailəsi üçün malikanənin təmirinə 2 milyon dollar xərclənəcək. Bu barədə "Qraparak" qəzeti yazır.

"Qraparak" qəzeti öz mənbələrinə istinadən yazır ki, hakimiyyət başında oturanların fərdi bağ evlərində, yəni Nikol Paşinyanın və Ararat Mirzoyanın ailələri ilə birlikdə yaşadıqları evlərdə böyük sürətlə inşaat işləri gedir. Nəşrin mənbələrinə görə, keçmiş prezident Serj Sarkisyanın bir vaxt yaşadığı malikanə əsaslı təmir olunur. Üstəlik, kobud şəkildə desək, evdən yalnız divarlar qalıb və tamamilə hər şey, dizayn, otaqların yerləşməsi və bütün şərait tamamilə dəyişdirilir və lüks təmir olunur.

Nəşr öz mənbələrinə istinadla bildirir ki, təmirə təxminən 2 milyon dollar xərclənəcəkdir. Malikanənin təmiri aparılır ki, Nikol Paşinyan ailəsi ilə birlikdə yeni binaya köçsün. Görünür, pafosla danışan Nikol və onun ailəsi köhnəsini bəyənmir və Serj Sarkisyanın bir vaxt yaşadığı evdə əsaslı təmir olmadan yaşamaq istəmir.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31