541 hərbçi intihar etdi – Orduda ölüm kabusu dolaşır
541 hərbçi intihar etdi – Orduda ölüm kabusu dolaşır
27 Sentyabr 2019 14:23 DünyaABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2018-ci ilə dair "İllik intihar" hesabatını təqdim edib.
Olaylar.az xəbər verir ki, hesabatın təqdimatında çıxış edən Pentaqon rəsmisi Karin Orvis ABŞ ordusunda intiharların getdikcə böyüyən problemə çevrildiyini bildirib.
Hesabatda Amerika Silahlı Qüvvələrində intihar hallarının ötən illərlə müqayisədə 24.8% artdığı vurğulanıb. Bu nisbətin 2013-cü ildə 20% olduğu bildirildiyi halda, 2018-ci ildə ordunun 541 hərbçisinin özünü öldürdüyü qeyd edilib.
ABŞ ordusunda ən çox rast gəlinən intihar üsulu silahla özünü vurmadır.
Müdafiə naziri Mark Esper bir neçə gün əvvəl ABŞ-da gənclər arasında yayılan intiharların orduya da sirayət etdiyini demişdi.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31