Rusiyada baş verən iki yanğında 6 nəfər ölüb

Rusiyada baş verən iki yanğında 6 nəfər ölüb

Bu gün səhər saatlarında Rusiyanın Samara və Tambov vilayətlərində yanğın baş verib.

Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində yaşayış binasında baş verən yanğında 2 azyaşlı ölüb. Ümumi sahəsi 15 kvadrat metri əhatə edən yanğın söndürülüb.

Daha bir yanğın hadisəsi Tambov vilayətinin Dimitiyevşina kəndində qeydə alınıb.

Yanğın nəticəsində 4 nəfər həyatını itirib.

apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31