Separatçı lider Rusiyada mer oldu

Separatçı lider Rusiyada mer oldu

Donetsk separatçılarının keçmiş rəhbəri Dmitri Trapeznikov Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərinin başçısı təyin edilib.

Olaylar.az  xəbər verir ki, bu məlumat Elista Şəhər Administrasiyasının saytında yer alıb. Onu bu vəzifəyə Kalmıkiyanın rəhbəri Batu Xasikov irəli sürüb.

Qeyd edək ki, Aleksandr Zaxarçenkonun 2018-ci ildə öldürülməsindən az sonra onun səlahiyyətləri Trapeznikova həvalə edilmişdi. Daha sonra bu vəzifə onun əlindən alınaraq Denis Puşilinə verildi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31