SON DƏQİQƏ: İstanbulda 5,9 bal gücündə ZƏLZƏLƏ OLDU
26 Sentyabr 2019 15:17 Dünyaİstanbulda rixter cədvəli üzrə 5,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi seymoloji mərkəzi məlumat yayıb. Fəsadlar barədə hələlik məlumat yoxdur. Zəlzələnin episentri Silivri kəndi sahillərində yerləşib. Bəzi mənbələr zəlzələnin 5,7 bal gücündə olduğunu qeyd edib. Xatırladaq ki, son günlərdə İstanbulda seysmik fəallıq müşahidə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31