Kolumbiyada universitetdə partlayış: 5 nəfər yaralandı
Kolumbiyada universitetdə partlayış: 5 nəfər yaralandı
26 Sentyabr 2019 10:53 DünyaKolumbiyanın paytaxtı Boqotada yerləşən universitetdə partlayış olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti bildirib.
Məlumata əsasən, partlayış nəticəsində ən azı 5 nəfər xəsarət alıb.
Hadisə günün ikinci yarısında Boqotanın şimalında yerləşən pedaqoji universitetdə baş verib.
Şəhər hakimiyyəti və universitet rəhbərliyi istintaqa başlayıb. İlkin məlumatlara görə, hadisəyə səbəb əldəqayırma partlayıcı qurğunun işə düşməsi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31