Fransada kimya zavodu yanır
Fransada kimya zavodu yanır
26 Sentyabr 2019 10:50 DünyaFransanın Ruan şəhərində zavodda yanğın baş verib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, yanğın başlayan "Lubrizol" müəssisəsi nəqliyyat və sənaye üçün xüsusi kimyəvi məhsulların istehsalı ilə məşğuldur.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ iş aparılır. Hadisə yerinə təxminən 130 yanğınsöndürən cəlb olunub.
Yanğının hansı səbəbdən baş verməsi isə hələ məlum deyil. Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31