Mətbəxdən 6 milyonluq sənət əsəri çıxdı - Fotolar

Mətbəxdən 6 milyonluq sənət əsəri çıxdı - Fotolar

Parisdə yaşayan yaşlı qadının evindəki tablonun sərvət dəyərində olduğu aşkarlanıb.

Olaylar.az xəbər verir ki, o, illərdir mətbəxinin divarında asılan tablonu mütəxəssislərə aparıb. Əsər üzərində bir sıra testlər aparıldıqdan sonra onun 13-cü əsrdə yaşayan məşhur florensalı rəssam Cimabueyə aid olduğu bildirilib.

Tablonun dəyərinin 6 milyon avro olduğu bildirilir. Adının açıqlanmasını istəməyən qadın onu hərracda satacağını bildirib.

axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31